ELM VƏ TƏHSİL


Uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq

Bakı, 28 noyabr, AZƏRTAC

2021–2023-cü illərdə uşaqların məktəbəqədər yaş dövrü üzrə təhsil kurikulumları hazırlanacaq.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əks olunub.

İşin icrası Təhsil Nazirliyinə tapşırılıb.

Fəaliyyət Planına əsasən, 2021–2023-cü illərdə məktəbəqədər yaş dövründə intellektual inkişaf üçün şərait yaradılması, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların inkişafı sahəsində tələblərin hazırlanması da nəzərdə tutulur. Təhsil Nazirliyi bu işi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyat keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.