CƏMİYYƏT


“Uşaqların mənəvi və intellektual inkişafına dəstək” İctimai Birliyinin təqdimatı olub

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6- da Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Uşaqların Mənəvi və İntellektual İnkişafına Dəstək" İctimai Birliyinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Mirvarid Dilbazi Məclisi”nin sədri şair-publisist Güllü Eldar Tomarlı tədbirdə çıxış edərək “Uşaqların mənəvi və intellektual inkişaf dəstək” İctimai Birliyinə fəaliyyətində uğurlar arzulayıb. O, yeni yaranan birliyin gələcəyimiz olan uşaq və gənclərin mənəvi, intellektual inkişafına dəstək olacağına, onların ömür yoluna “yaşıl işıq” yandıracağına əminliyini ifadə edib.

İctimai Birliyin sədri Vüsal Əmirov qurumun fəaliyyətinin əsas məqsədlərindən danışıb. Bildirib ki, maarifləndirici tədbirlərin, idman turnirlərinin, intellektual yarışların, peşə anlayışlarının formalaşdırılması üçün müəssisələrə turların təşkil olunması qarşıya qoyulan əsas vəzifələrdəndir.

Filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, tanınmış şair Səadət Buta, Elmar Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin müəllimi Zərifə Orucova, A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Gimnaziyanın müəllimi və profil müdiri Fəridə Məmmədova, “Buta" Humanitar Uşaq Fondunun prezidenti Nazim İbadov, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, şair Südabə İrəvanlı, şair Nəcibə Dərələyəzli, Rəfiqə Nağıyeva, vəkillər kollegiyasının üzvü Elvin Novruzov, Nizami Rayon MKS-in direktoru Sevil Əliyeva, aşıqlar Nurəddin, Gözəl Kəlbəcərli, Ayşə Səyyadqızı çıxış edərək İctimai Birliyə fəaliyyətində uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.