ELM VƏ TƏHSİL


Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir

Bakı, 1 mart, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda 1mart - Ümumdünya Mülkü Müdafiə Gününə həsr olunan “Uşaqların təhlükəsizliyi bizim məsuliyyətimizdir” mövzusunda tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elm müəssisəsinin mülkü müdafiə qərargah rəisi Bəxtiyar Yunusov Beynəlxalq Mülkü Müdafiə Təşkilatının qərarı ilə 1972- ci ildən etibarən bütün ölkələrdə martın 1-nin Ümumdünya Mülkü Müdafiə Günü kimi qeyd edildiyini söyləyib. Bildirib ki, ölkəmiz bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildən üzv olub.

B.Yunusov əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etməyin mülkü müdafiə orqanlarının qarşısında duran əsas vəzifə olduğunu söyləyib. Bildirib ki, mülkü müdafiənin əsas məqsədi fövqəladə hadisələrin qarşısının alınması və bu istiqamətdə profilaktik tədbirlər planı həyata keçirtməkdən ibarətdir. Maariflənmə yolu ilə bir çox fövqəladə hallarda, istehsalat qəzalarının və digər bədbəxt hadisələrin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacibdir.

Diqqətə çatdırılıb ki, bu günün beynəlxalq səviyyədə qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini mülkü müdafiə xidmətinə, insanların və onların əmlakının, iş yerlərinin təhlükəsizliyinin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.