REGİONLAR


Uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ümdə məsələdir

Ağsu, 15 oktyabr, AZƏRTAC

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Ağsuda rayon icra hakimiyyətinin dəstəyi ilə ümumtəhsil orta və məktəbəqədər uşaq müəssisələrinin rəhbər və tibb heyəti işçiləri üçün seminar-müşavirə keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi Kənan Tağızadə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və Yeniyetmələrin Gigiyenası bölməsinin müdiri İqbal Səfərova, həkim-gigiyenist Narınc Orucova çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrdən, Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə “Strateji Planı”nın “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya”nın sanitariya-epidemioloji məsələlərində ətraflı danışılıb.

Seminar-müşavirədə uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsinə yönəldilən tibbi sanitariya xidmətinin və rasional qidalanmanın təşkili, uşaq və yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması, sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narkomaniya, spirtli içki və tütünün zərərlərindən geniş bəhs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.