İDMAN
Useyn Bolt: Artıq getmək vaxtım çatıb
Bakı, 6 avqust, AZƏRTAC
Dünyanın ən sürətli atletlərindən olan Useyn Bolt son yarışını üçüncü sırada başa vurub.
AZƏRTAC “Euronews”a istinadla xəbər verir ki, 30 yaşlı idmançı Londonda keçirilən Dünya Atletika Çempionatında son yarışına çıxıb. Kişilər arasında 100 metrə qaçışda qızıl medal amerikalı Kastin Qatlinin olub. Lakin hər kəs U.Boltun birinci olacağını düşünürdü. Yarışı qazanan Qatlin rəqibi qarşısında baş əyib.
Olimpiadalardan səkkiz dəfə qızıl medalla qayıdan yamaykalı idmançı artıq fiziki cəhətdən yorulduğunu və getmək vaxtının çatdığını deyib: “Qatlin əla rəqibdir, o, birinciliyə layiqdir. Bədənim mənə “artıq vaxtı gəlib” deyir. İlk dəfə bir qaçışdan sonra ayağımda ağrı hiss etdim və bildim ki, artıq getmək vaxtım çatıb”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]