İDMAN


Ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib

Bakı, 11 fevral, AZƏRTAC

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ustad ağır atletlər arasında Azərbaycan çempionatı keçirilib.

Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda müxtəlif yaşda olan atletlər medallar uğrunda mübarizə aparıblar. Qaliblər Sinkleyr və Manone-Meltzer cədvəlinə əsasən müəyyən ediliblər.

Yarışda qızıl medala 71 yaşlı Vladimir Jilyayev sahib olub. O, toplam 160 kiloqram (70+90) nəticə və 369,30 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq, 225 kiloqram (102+123) nəticə və 345,16 xalla Zəfər Tağıyev, toplam 265 kiloqram (120+145) nəticə və 339,55 xalla Namiq Cəmilov tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.