ELM VƏ TƏHSİL


Ustad dərsi: İctimaiyyətlə əlaqələrdə auditoriya ilə iş prinsipləri

Bakı, 11 iyun, AZƏRTAC

UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı öncəsi idman jurnalistlərinin peşəkar inkişafına dəstək məqsədilə may və iyun aylarında keçirdiyi maarifləndirici marafona yekun vurulub.

Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Əliyev “İctimaiyyətlə əlaqələrdə auditoriya ilə iş prinsipləri” mövzusunda onlayn ustad dərsi keçib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Sonra Vüqar Əliyev jurnalistikanın müasir problemlərinə dair sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.