MƏDƏNİYYƏT


Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 17-i, saat 20: 00-da “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin “YouTube” və “facebook” sosial şəbəkəsindəki səhfələri vasitəsilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Narınc Xatunun 90 illiyinə həsr olunmuş “Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir” mövzusunda birinci onlayn yubiley konserti təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, onlayn konsertdə “Aşıq Pəri Məclisi”nin rəhbəri Pərvanə Zəngəzurlu, bədii rəhbəri və mətbuat katibi Güllü Eldar Tomarlı,  Səadət Buta, Südabə İrəvanlı, Cəvahir Qaraqızı, Gözəl Kəlbəcərli, Lətifə Çeşməli, Kəmalə Məhyəddinqızı və Ayşə Səyyadqızı iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.