CƏMİYYƏT


Üstündə “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb VİDEO

Bakı, 2 fevral, AZƏRTAC

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan və üstündə qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəllər də məhkum olunmuş İmişli rayon sakini Qasıməli Qasımov tutularaq istintaqa təqdim edilib. Ondan bir ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd patron və həmin silaha məxsus bir ədəd daraq aşkar edilib. Qasıməli Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.