İDMAN


Uşu üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Abşeron Olimpiya Kompleksində ənənəvi uşu üzrə IV Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər və İdman Nazirliyinin, Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparacaqlar.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafından danışaraq deyib ki, Prezident İlham Əliyevin idmana diqqət və qayğısı sayəsində bu sahə gündən-günə öz inkişafını sürətləndirir. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərində də nailiyyətlər getdikcə artır. Azərbaycanda bu idman növünə gənclər arasında maraq çoxdur və gələcəkdə bu sahədə daha böyük nailiyyətlər qazanılacaq.

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının baş katibi Vasif Namazov dünyanın qabaqcıl idman dövlətlərindən biri olan Azərbaycanda idmanın kütləviliyinin təmin edildiyini bildirib. O qeyd edib ki Azərbaycan Uşu Federasiyası bu idman növünün inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirir.

Çempionatda idmançılar uşunun çinda, vinçun, tuyşou növləri üzrə yarışacaqlar. Bu çempionat böyüklər arasında tuyşou üzrə birinci dəfə keçirilir. Yarışlara Azərbaycanın şəhər və bölgələrində fəaliyyət göstərən 30 klubun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 300 idmançı qatılıb.

IV Azərbaycan çempionatına fevralın 24-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.