İDMAN


Uşu üzrə dünya çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək

Bakı, 13 sentyabr, AZƏRTAC

Oktyabrın 19-23-də Çinin Şanxay şəhərində keçiriləcək uşu üzrə XV dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Azərbaycan Uşu Federasiyasından AZƏRTAC verilən məlumata görə, ölkəmizi Şanxayda Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş medal mükafatçısı Orxan Hətəmov (48 kq), dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov (56 kq), İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş mükafatçısı Ruslan Pirəliyev (65kq) təmsil edəcəklər.

Uşu üzrə yığma komandamız dünya çempionatına federasiyanın prezidenti və bas məşqçisi Azər Həsənsoyun və böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında hazırlaşır.

Beynəlxalq Uşu Federasiyasının vitse-prezidenti Antoni Qohun verdiyi məlumata görə, Çində keçiriləcək dünya çempionatında 80-ə yaxın ölkənin idmançıları iştirak edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.