İDMAN


Uşu üzrə millimiz Dağıstanda beynəlxalq turnirdə gücünü sınayır

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Dağıstanda Əli Əliyev adına İdman Kompleksində uşu üzrə beynəlxalq turnirə start verilib.

AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov, Emin Əsgərzadə (hər ikisi 56 kq), Səfərəli Rzayev, Emin Abbasov (hər ikisi 60 kq) və Rasim Kərimov (75 kq) təmsil edirlər.

Hakim Elşən Rəsulzadə yarışlarda ədaləti qoruyur.

Azərbaycan komandası yarışda böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında mübarizə aparır.

Qeyd edək ki, beynəlxalq yarışda 10 ölkədən 600-ə yaxın idmançı qüvvəsini sınayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.