İDMAN


Uşu üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilir

Bakı, 25 iyun, AZƏRTAC

Şəki Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Azərbaycan Uşu Federasiyasının birgə təşkilatçılığı ilə kadetlər arasında Azərbaycan birinciliyi keçirilir.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yarışda respublikanın 15 şəhər və rayonundan çinda, vinçun, sanda versiyalarında 150-dən çox idmançı gücünü sınayır. Bu gün birinciliyin final yarışları təşkil ediləcək.

Qeyd edək ki, uşu üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi iyunun 23-də start götürüb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.