DÜNYA


Uxan 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa edib VİDEO

Pekin, 16 sentyabr, AZƏRTAC

Çində yeni növ koronavirusun (COVID-19) aşkarlandığı və ən çox yayıldığı Uxan şəhəri 8 aylıq fasilədən sonra hava nəqliyyatı ilə beynəlxalq sərnişin daşınmasını bərpa edib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da yerli vaxtla saat 10:30-da Cənubi Koreyanın “T'way” aviasiya şirkətinə məxsus və göyərtəsində 60 sərnişin olan “Boeing 737” tipli təyyarə Uxanın “Tianhe” beynəlxalq hava limanına enib. Epidemiya əleyhinə qaydalara uyğun olaraq, bütün sərnişinlər COVID-19 testinin mənfi nəticəsini və sağlamlıq haqqında arayışı təqdim ediblər. Təyyarə saat 13:55-də havaya qalxaraq Seula yola düşüb.

Qeyd edək ki, “T'way” digər aviasiya şirkətləri kimi COVID-19 böhranı ilə əlaqədar yanvarda Uxana uçuşları dayandırmışdı. Belə ki, yanvarın 23-də Uxanda sərt karantin rejimi elan olunmuş və şəhərə bütün növ giriş-çıxış, o cümlədən yerli və beynəlxalq hava nəqliyyatı ilə sərnişin daşınması dayandırılmışdı. Şəhərdə epidemik vəziyyətin yaxşılaşması fonunda aprelin 8-də daxili uçuşlar bərpa edilib və o vaxtdan bəri 64 mindən çox sərnişin daşınıb. Hazırda daxili uçuşların və daşınan sərnişinlərin sayı virusun yayılmasından əvvəlki vaxta olan səviyyəyə çatıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.