İQTİSADİYYAT


Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi üzrə müzakirələr aparılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə olunub.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müzakirə zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bu yol xəritəsinin həyata keçirilməsi üçün 2 strateji hədəfin, 6 strateji prioritetin və 18 tədbirin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Bu tapşırıqlar əsasən 2020-ci ilədək qarşıya qoyulan uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi səviyyəsinin yüksəldilməsi, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin azaldılmasıdır. Bundan başqa, rəqabət mühitinin tam təmin edilməsi sayəsində layihələrin xərclərinə qənaət edilməsi, “MİDA” MMC-nin həyata keçirdiyi xidmətlərin böyük hissəsinin “Elektron hökumət” portalı vasitəsilə yerinə yetirilməsi, urbanizasiya probleminin azalması, mənzillərin orta inşaat müddətinin azaldılması, bu günədək mənzillə təmin edilməyən qaçqın və ya məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşması və ölkənin tikinti sektoruna xarici investisiyaların cəlb edilməsi əsas məqsədlərdəndir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Mənzil İnşaatı Dövlət Agentliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “MİDA” MMC, İpoteka və Kredit Zəmanəti Fondunun nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.