DÜNYA


Uzaq Şərqdə bir sutkada 10,3 min hektar meşə yanıb

Bakı, 7 iyun, AZƏRTAC

Ötən sutka Uzaq Şərq regionlarında 8 yeni meşə yanğını baş verib, təxminən 10,3 min hektar meşə yanıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Uzaq Şərq Federal Dairəsinin yaydığı məlumata görə, yanğın Priamurye (46 faiz), Yakutiya (36 faiz) və Xabarovsk diyarındakı (17 faiz) meşələri əhatə edib.

Bundan əvvəl, Uzaq Şərq Federal Dairəsində ümumilikdə 56 yanğın mənbəyi olub. Onlardan 25-i Xabarovsk diyarında, 14-ü Saxa Respublikasında (Yakutiya), 13-ü Amur vilayətində, 3-ü Primorsk diyarında, 1-i Saxalin vilayətində qeydə alınıb. Həmin yanğınlardan 14-nün qarşısı alınıb. Cümə axşamına keçən gecə 42 yanğın (Xabarovskda 15, Amur vilayətində və Yakutiyada 12 və Primorsk diyarında 3) mənbəyinin söndürülməsi işləri davam etdirilib.

Bu ilin yanğın təhlükəsi dövründən bəri Uzaq Şərqdə 1395 meşə yanğını qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.