DÜNYA


“Üzən ev”

Bakı, 11 noyabr, AZƏRTAC

Kanadada qədim ev bir şəhərdən digərinə maraqlı üsulla daşınıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Kanadada yaşayan Ford ailəsi Vankuver şəhəri ətrafında 1915-ci ildə tikilmiş evi sökmədən yükdaşımanı həyata keçirən şirkət vasitəsilə su nəqliyyatı ilə bir şəhərdən digərinə aparıb. Xüsusi platformaya yerləşdirilən karkas ev barjada 8 saat üzərək mənzil başına çatıb.

Altı nəfərdən ibarət ailə 100 min dollara başa gələn “Yeni mənzilə” sahib olub. Nəzərə alaq ki, Kanadada bu cür evlərin qiyməti təqribən 750-800 min dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.