CƏMİYYƏT


Üzərində narkotik maddə daşıyan şəxs saxlanılıb

Bakı, 9 mart, AZƏRTAC 

Şəki Şəhər-Rayon Polis Şöbəsinin narkotiklə mübarizə qrupunun əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, belə əməlləri törədən şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Nail Qasımov saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman ümumi çəkisi 470 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.