CƏMİYYƏT


Üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran sakini saxlanılıb

Bakı, 12 mart, AZƏRTAC 

Üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakini X.Xəlilov Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ondan “Makarov” markalı tapança və 4 patron götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə paslanmış vəziyyətdə olan “Mauser” markalı tapança, “Hsc mod 84” markalı piston tapançası və 55 boş patron aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.