MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində elmi konfrans

Bakı, 19 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 19-da Azərbaycan Bəstəkarlar İttifaqında “Müasir dövrdə Ü.Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə dahi bəstəkarın zəngin həyat və yaradıcılığından söhbət açıb, milli musiqimizin inkişafında xidmətlərindən danışıb. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini deyən natiq dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilərin, tamaşaçıların dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacağını qeyd edib. O bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı tükənməz bir xəzinədir, onun əsərlərinin coğrafiyası gündən-günə genişlənir, yeni tədqiqat işləri aparılır və bu iş hər zaman aktual olaraq qalacaq.

Tədbirdə daha sonra dahi bəstəkarın zəngin irsinə dair müxtəlif mövzularda elmi məruzələr - “Leyli və Məcnun” operası Bilkənd səhnəsində”, “Arşın mal alan” operettası xarici teatrların səhnəsində”, “Əsli və Kərəm” operasının səhnə taleyi”, “Koroğlu” operasının TÜRKSOY xətti ilə səhnəyə qoyulması”, “Arşın mal alan” filmi: yaranma tarixi və ekran həyatı”, “Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının Vyana Musiqili Teatrındakı tamaşasına daha bir nəzər”, “Leyli və Məcnun” operasının Amerika səhnəsində balet təcəssümü” dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.