MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabr 20-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında Rusiyanın məşhur fortepiano triosu konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən konsertdə musiqiçilər F.Şopen, F. Kreysler, J. Massne, S.Raxmaninov, A. Pyazolla və digər görkəmli bəstəkarların əsərlərini yüksək ustalıqla ifa ediblər.

Konsert alqışlarla qarşılanıb.

Xatırladaq ki, sentyabrın 26-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.