MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyli Muzeyində “Puşkiniana” müsabiqəsi keçirilib

Bakı, 11 may, AZƏRTAC

Azərbaycanda “Puşkiniana – 2019” layihəsi həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəylinin Ev-Muzeyində illik “Puşkiniana” layihəsi çərçivəsində növbəti tədbirlər keçirilib.

Təşkilatçıları “Rosstrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası olan bu layihə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin və Azərbaycandakı Rus İcmasının dəstəyi ilə reallaşır.

Aleksandr Puşkinin anadan olmasının 220 illiyinə həsr edilmiş builki layihə “A.S.Puşkin muzeyləri dünya xəritəsində” devizi altında həyata keçirilir.

Layihənin əlaqələndiricisi Lyubov Yakunina qeyd edib ki, bu gün Bakı şəhərinin orta məktəb şagirdləri arasında müsabiqə keçirilir. Məktəblilər böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin yaradıcılığına aid biliklərini nümayiş etdirəcəklər.

L.Yakunina daha sonra bildirib ki, bu müsabiqə Rusiyanın və Azərbaycanın ədəbi irsinin öyrənilməsinə maraq göstərən istedadlı şagirdləri aşkar etməyə, onları muzeylərin köməyi ilə incəsənət aləminə yaxınlaşdırmağa yönəldilib.

Məktəblilər A.Puşkinin nağıllarından və poemalarından səhnəciklər göstərib, onun şeirlərini oxuyublar. Müsabiqə iştirakçılarının məharəti münsiflər heyəti tərəfindən qiymətləndirilib.

“Puşkiniana” müsabiqəsinə 2019-cu il iyun ayında, Aleksandr Puşkinin doğum günündə yekun vurulacaq.

Müsabiqənin növbəti mərhələləri may ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.