MƏDƏNİYYƏT


Üzeyir Hacıbəylinin əsərləri gənclərin təqdimatında

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Üzeyir musiqi dünyası gənclərin gözü ilə” adlı konsert proqramı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.

Konsertdə “Lumineux” ansamblının müşayiəti ilə beynəlxalq və respublika müsabiqələr laureatları, gənc ifaçılar bir-birindən parlaq mahnılar səsləndiriblər. Ansamblın bədii rəhbəri Naala Barateliyadır.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.