MƏDƏNİYYƏT


Üzeyir Hacıbəylinin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Üzeyir Hacıbəylinin ev-muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə muzeyin şöbə müdiri Gülnarə Ələsgərova çıxış edərək bildirib ki, 1990-cı ilin Yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Odur ki, xalqımız 32 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır.

Qeyd edilib ki, 20 Yanvar faciəsinin 32-ci ilində Azərbaycan xalqı, hər bir vətəndaşımız torpaqların azadlığı və bütövlüyü uğrunda şəhid olan oğul və qızlarının ziyarətinə alnıaçıq gedir. Çünki Azərbaycan 20 Yanvar şəhidlərinin əsas istəyi və arzusu olan ərazi bütövlüyünü bərpa edib, düşmən üzərində möhtəşəm qələbə qazanıb.

Sonra Xırdalan Şəhər 4 nömrəli tam orta məktəbin şagirdləri pianoçu Aybəniz Qarayevanın ifasının sədaları altında vətən mövzusunda şeirlər səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.