MƏDƏNİYYƏT


Üzeyir Hacıbəyliyə həsr edilmiş sərgi nümayiş olunub

Bakı, 18 may, Zərəngiz Mansurova, AZƏRTAC

Mayın 18-də Üzeyir Hacıbəylinin ev-muzeyində rəssam, bəstəkar, musiqiçi Hüseyn Hadiyevin dahi bəstəkara həsr edilmiş “Üzeyirin tərənnümçüsü” adlı sərgisi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar İncəsənət Xadimi, bəstəkar Sərdar Fərəcov sərgidə yer alan əsərlərin bədii keyfiyyətindən söz açıb. Bildirib ki, dahi bəstəkarın özünə, ailə üzvlərinə, əsərlərinə həsr edilmiş tablolarda rəssamın peşəkarlığı, incə zövqü və heyranlığı, mövzuya bağlılığı əks etdirilib.

Çıxış edənlər “Əbədi bahar”, “Mahnı qanadlarında”, “Qoca adam”, “Odunçular” və digər tabloların tamaşaçıya unudulmaz anlar bəxş etdiyini söyləyiblər.

Hüseyn Hadiyev Üzeyir bəyin dahi musiqiçi olması ilə yanaşı, həm də yüksək insani keyfiyyətlərini əks etdirməyə çalışdığını qeyd edib. Rəssam sərginin ərsəyə gəlməsində ona kömək edən muzeyin kollektivinə, habelə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə Hüseyn Hadiyevin, Sərdar Fərəcovun və dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.