İDMAN


Üzgüçülərimiz “Edirne 1st Swimming International Open Cup 2019” turnirində uğurla çıxış ediblər

Bakı, 12 fevral, AZƏRTAC

Türkiyənin Edirne şəhərində üzgüçülük üzrə “Edirne 1st Swimming International Open Cup 2019” turniri keçirilib.

Azərbaycan Üzgüçülük Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda milli komandamızın yeniyetmə və gənc idmançıları uğurla iştirak ediblər.

Turnirdə ölkəmiz milli komandamızın baş məşqçisi Rəşad Əbdurəhmanov, məşqçi Rəşad Əliyevin rəhbərliyi altında 9 idmançı ilə təmsil olunub. Üzgüçülərimizin hamısı yarışda öz şəxsi göstəricilərini yaxşılaşdıraraq yüksək nəticələr əldə ediblər.

Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulla yarışda “C” finalında iştirak edərək qızıl medal qazanıb. Vəli İsrafilov 200 metr məsafəyə brass üsulla mübarizədə “A” finalında böyüklər arasında beşinci, gənclər arasında isə ikinci olub. İdmançımız, həmçinin 100 metr məsafəyə brass üsulla üzgüçülükdə böyüklər arasında 7-ci, gənclər arasında isə üçüncü olaraq bürünc medala sahib olub.

Digər idmançılarımız “C” və “B” finallarında iştirak edərək öz şəxsi göstəricilərini yeniləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.