İDMAN


“Üzgüçülük hamı üçün” adlı yeni idman layihəsinə başlanılacaq

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Üzgüçülük Federasiyasının xətti ilə regionlarda olimpiya komplekslərində çalışan üzgüçülük üzrə məşqçilərə hakimlik seminarı keçirilib.

Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarın məqsədi beynəlxalq hakimliyin qaydalarını izah etməkdir. Belə ki, həmin məşqçilər də yerlərdə o qaydalara uyğun olaraq idmançılarını hazırlasınlar. Mingəçevir şəhər Kür Olimpiya İdman Tədris Kompleksində təşkil olunan seminarda 50-yə yaxın məşqçi iştirak edib.

Təlimlər nəzəri və praktiki hissədən ibarət olub.

Seminarın təlimçisi Azərbaycan üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov təlimlərin yaxın zamanlarda ölkəmizdə keçiriləcək böyük üzgüçülük yarışlarının təşkilində rolu olacağını vurğulayıb:

“Yaxın vaxtlarda Azərbaycanın bütün bölgələrini əhatə edəcək “Üzgüçülük hamı üçün” adlı yeni, böyük bir idman layihə işə düşəcək. Layihəyə uyğun olaraq bütün regionlarda eyni vaxtda, eyni zamanda, üzgüçülük yarışlarının başlanması və canlı olaraq yayımlanması nəzərdə tutulur. Bu səbəbdən də bölgələrdə çalışan məşqçıləri bir yerə toplayaraq yarış haqqında ümumi məlumat verdik və yarışın keçirilməsi, beynəlxalq hakimliyin qaydaları barədə təlim keçdik. Ümidvarıq ki, gənclər və idman Naziri Fərid Qayıbovun təşəbbüsü olan “Üzgüçülük hamı üçün” adlı layihənin yarışları start götürənədək məşqçilər yerlərdə öz idmançılarını bu böyük layihəyə hazırlaya biləcəklər və bu layihə Azərbaycanda üzgüçülüyün inkişafına böyük təkan verəcək”, - deyə R.Əbdürrəhmanov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.