İDMAN


Üzgüçülük üzrə Bakı şəhər çempionatının qalibləri məlum olub

Bakı, 11 may, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Bakı şəhər çempionatı keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatda 101 nəfər idmançı iştirak edib.

Nəticələrə görə 50 metr məsafəyə arxası üstə üsulla üzgüçülük yarışında Vlastilina Xasyanova (Şüa), Elyar Cahangirbəyov (Sərhədçi), 50 metr məsafəyə sərbəst üsulla Vlastilina Xasyanova (Şüa), Elyar Cahangirbəyov (Sərhədçi), 100 metr məsafəyə brass üsulla Zəhra Əliyeva (Şüa), Murad Habilzadə (Badam İdman Klubu), 100 metr məsafəyə batterflay üsulla Valeriya Vaskovskaya (Təhsil), Onurxan Şahinoğlu (Badam İK), 100 metr məsafəyə sərbəst üsulla Vlastilina Xasyanova (Şüa), Elyar Cahangirbəyov (Sərhədçi) birinci yerlərə layiq görülüblər.

İki yüz metr məsafəyə arxası üstə üsulla üzmək yarışında isə Vlastilina Xasyanova (Şüa), Elyar Cahangirbəyov (Sərhədçi), 200 metr məsafəyə sərbəst üsulla Vlastilina Xasyanova (Şüa), Oqtay Hüseynov (Şüa), 50 metr məsafəyə batterflay üsulla Dana Şandıbina (PK), Onurxan Şahinoğlu (Badam İK), 50 metr məsafəyə brass üsulla Anastasiya Boborıkina (Şüa), Murad Habilzadə (Badam İK), 100 metr məsafəyə arxası üstə Vlastilina Xasyanova (Şüa), Hüseyn Şamilov (Şüa), 200 metr məsafəyə qarışıq üsulla Vlastilina Xasyanova (Şüa), Oqtay Hüseynov (Şüa) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda yarışın qaliblərinə müvafiq dərəcəli diplomlar və medallar təqdim edilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.