REGİONLAR


Üzgüçülük üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan, 4 avqust, AZƏRTAC

İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin Üzgüçülük Mərkəzində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə yeniyetmə və gənclər arasında keçirilən üzgüçülük üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin və İlham Əliyev adına Olimpiya-İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2 yaş qrupunda 30-a yaxın idmançı mübarizə aparıb.

Üzgüçülüyün sərbəst üsulu üzrə keçirilən yarışın yekununa əsasən, 14-16 yaşlı idmançılar arasında 50 metr məsafədə Həsən Abbasov, 12-13 yaşlı idmançılar arasında 25 metr məsafədə isə Əkbər Məmmədov bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə çatıb və birinci yerlərə layiq görülüblər.

Sonda hər iki yaş qrupunda yer tutan və fərqlənən idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.