İDMAN


Üzgüçülük üzrə açıq Azərbaycan çempionatında 120-dən çox idmançı iştirak edir

Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC 

Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçirilir.

AZƏRTAC xəbər verir ki, yarışa 20 idman cəmiyyət və klublarını təmsil edən 120-dən çox idmançı qatılıb.

Azərbaycan üzgüçüləri ilə yanaşı, çempionatda İran İslam Respublikasının idmançıları da iştirak edirlər.

Yarışda ilk dəfə olaraq 14 yaşlı Azərbaycan idmançısı yığma komandanın üzvü Ramil Vəlizadə idman ustasi normativini yerinə yetirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.