ELM VƏ TƏHSİL


Üzümçülük və şərab ustası ixtisası üzrə təhsil alan tələbələrin təlimi başa çatıb

Bakı, 1 iyul, AZƏRTAC

“Bacarıqlı ol” usta yanında öyrənmə layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Şamaxı Peşə Liseyinin üzümçülük və şərab ustası ixtisası üzrə təhsil alan tələbələrinin duala bənzər peşə təlimi başa çatıb.

Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tələbələrin tədris proqramının nəzəri hissəsi sözügedən peşə təhsili müəssisələrində, praktiki hissəsi isə dual təlim proqramına uyğun olaraq Şamaxı şəhərində yerləşən “Şirvan şərabları” MMC və Qəbələ “Aspi Agro” MMC üzüm emalı zavodunda keçirilib. Tələbələr zavodun iş prinsipi ilə tanış olub, əsas praktiki bacarıqları əhatə edən işləri həyata keçirərək üzüm sahəsinə qulluğun bütün mərhələlərini öyrəniblər.

Qeyd edək ki, 2020-2021-ci illər üzrə təcrübəyə əsaslanan öyrənmə metodu ilə həyata keçirilən təlimlərdə üzümçülük və şərab ustası ixtisası üzrə 36 nəfər, 2021-2022-ci illər üzrə isə 54 tələbə “Bacarıqlı ol” usta yanında öyrənmə layihəsi tərəfindən dəstəklənib. Tələbələr gündəlik qida, nəqliyyat, uniforma və fərdi qəza sığortası ilə təmin olunub, eyni zamanda, təcrübə müddətində gördükləri iş müqabilində müəyyən ödəniş alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.