Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 3; 2003, № 1, maddə 15, № 12, I kitab, maddə 674; 2005, № 4, maddə 278; 2007, № 5, maddə 397, № 10, maddə 938; 2008, № 12, maddə 1044; 2013, № 11, maddə 1291; 2016, № 1, maddə 29; 2017, № 5, maddə 716, № 7, maddə 1264; 2018, № 6, maddə 1163) 14.16-cı maddəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanında” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin