ELM VƏ TƏHSİL


Üzümçülük və şərabçılıq istiqaməti üzrə peşə seçimi və iş imkanları haqqında vebinar təşkil olunacaq

Bakı, 21 may, AZƏRTAC

Mayın 22-də üzümçülük və şərabçılıq istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları haqqında vebinar təşkil olunacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, vebinar peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə keçiriləcək. Onlayn tədbirdə agentliyin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, “Chabinat Winery” MMC-nin təsisçisi Fərid Axundov, “Aspi Agro” MMC-nin direktor müavini Cahangir Şərifzadə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iqtisadi fəaliyyətin effektivliyi üzrə mütəxəssisi Məhəmməd Məmişzadə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Namik Muradov, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov üzümçülük və şərabçılıq istiqaməti üzrə hazırkı bazarın tələbatı, iş və təhsil imkanları barədə onlayn müzakirələr aparacaq, izləyicilərin suallarını cavablandıracaqlar.

Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.