REGİONLAR


Üzümü “çürümə” xəstəliklərindən necə qorumalı?

Bakı, 15 iyul, AZƏRTAC

Artıq üzümün yetişmə dövrü yaxınlaşır. İyulun sonlarından və avqustun əvvəllərindən başlayaraq ən tez və tez yetişən üzüm sortları yetişməyə başlayacaq.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, aqronomik qaydalara görə, üzümün yetişməsinə 15-20 gün qalmış kimyəvi çiləmələr dayandırılmalıdır. Eyni zamanda, üzümçülər, həm də öz məhsullarını çürümə xəstəliklərindən qorumalıdırlar. Ona görə də, onlar bir sıra aqrotexniki və bitki mühafizə tədbirlərinə əməl etməlidirlər.

Üzüm bir çox göbələk xəstəlikləri - boz çürümə, qara çürümə, ağ çürümə, qəhvəyi çürümə və sair ilə sirayətlənərək çürümə prosesinə məruz qala bilər. Azərbaycanda ən geniş yayılan “boz çürümə” xəstəliyidir. Bu xəstəlik rütubətli havada sürətlə inkişaf edir və adətən üzüm gilələrini yetişmə dövründə zədələyir. Zədələnmiş gilələr bozarır, qabığı qırışır və rütubətli havada boz rəngdə kifəbənzər örtüklə örtülür və çürüyür.

Xəstəliyin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.

Adətən, vegetasiya ərzində göbələk xəstəliklərinə və zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizə aparılmış bağlarda boz çürümə xəstəliyi zəif inkişaf edir. Ancaq xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmayan, dolu, külək, sel və digər amillərdən mexaniki zədələr almış üzüm bağlarında boz çürüməyə qarşı diqqətli və vaxtında mübarizə aparılmalıdır.

“Boz çürümə” ilə mübarizədə aqrotexniki tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər havalanmanın daha yaxşı getməsi və günəş şüalarının düşməsi üçün şərait yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.