İQTİSADİYYAT


Uzunmüddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0110003925 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 87.6266 AZN (10 faiz) və 101.6271 AZN (7.2 faiz) olan 16 sifariş təqdim edilib. Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (7.5 faiz), orta ölçülmüş qiyməti 101.2633 AZN (7.2665 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33 milyon 218 min 500 manat, yerləşdirilmiş həcmi isə 9 milyon 579 min manat təşkil edib. İstiqrazlar 2028-ci il oktyabrın 10-da ödəniləcək. Hərrac iştirakçıları oktyabrın 20-dək (T+1) istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət emitenti qane edəcəyi halda emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.