Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“VƏKİLLƏR VƏ VƏKİLLİK FƏALİYYƏTİ HAQQINDA”AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNADƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININQANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N1, maddə 19; 2001-ci il, N12, maddə 736; 2004-cü il, N2, maddə 57, N3, maddə 133; Azərbaycan Respublikasının 2004-cü il 11 iyun tarixli 689-IIQD nömrəli Qanunu) 11-ci maddəsinin II hissəsinin birinci cümləsindən “gizli səsvermə yolu ilə sadə səs çoxluğu ilə” sözləri, Qanunun Keçid müddəalarının II hissəsindən “yığıncaq iştirakçılarının sadə səs çoxluğu ilə” sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin