DÜNYA


VALDAS ADAMKUS LİTVA PREZİDENTİ SEÇİLMİŞDİR

Bazar günü Litvada vaxtından əvvəl prezident seçkilərinin ikinci turu keçirilmişdir. Litva Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 78 yaşlı Valdas Adamkus dövlət başçısı seçilmişdir. Onu seçicilərin 52 faizi dəstəkləmişdir.

İlkin məlumatda göstərilir ki, o, prezident vəzifəsinə digər namizəd – müstəqil Litvanın ilk Baş naziri, parlamentin deputatı 61 yaşlı Kazimira Prunskenedən 4 faiz çox səs toplamışdır.

Valdas Adamkus 1998-2003-cü illərdə prezident olmuş, sonrakı seçkilərin ikinci turunda Rolandas Paskasa uduzmuşdu.

Müstəqil Litvanın yeni, sayca dördüncü prezidentinin andiçmə mərasimi iyulun 12-də keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.