DÜNYA
VANUATU DÜNYANIN ƏN XOŞBƏXT ÖLKƏSİ SAYILMIŞDIR
Cədvəldəki ilk 10 ölkə sırasına Okeaniya dövlətləri daxildir. Bu ölkələrin əhalisinin ətraf mühitin sənaye istehsalı tullantıları ilə çirklənməsindən qorxmadan uzun və xoşbəxt ömür yaşamaq üçün bütün imkanları var. Mərkəzi Amerika ölkələrinin də göstəriciləri yaxşıdır, burada orta ömür müddəti 70 yaşdır, ətraf mühitə antropogen yükün dərəcəsi isə dünyanın orta göstəricilərindən aşağıdır. Cədvələ əsasən, bu sahədə ən pis vəziyyət Afrika ölkələrində və qabaqcıl sənaye ölkələrində, yəni “böyük səkkizlik” dövlətlərindədir.
Ekspertlərin fikrincə, inkişaf etmiş ölkələrin belə aşağı nəticələr göstərməsi təəccüblü deyildir. Bu ölkələrin hakimiyyət orqanlarının üstünlük verdikləri riyazı baxımdan mücərrəd nəzəriyyələrin adamların real həyatı ilə ümumi əlaqəsi yoxdur. Enerji daşıyıcıları istehlakının yüksək səviyyəsi və qabaqcıl sənaye sıravi vətəndaşları heç də həmişə xoşbəxt etmir.
Lakin reytinqin liderləri olan Vanuatu sakinləri onları planetimizin xoşbəxtləri elan edənlərin heç də bütün fikirləri ilə razılaşmırlar. “Vanuatu Online”nın baş redaktoru “Qardian” qəzetinə müsahibəsində demişdir: “Xahiş edirəm, bu barədə heç kimə danışmayın. Məsələ bundadır ki, adamlarımız aza qane olmağa və özlərini xoşbəxt saymağa hazırdırlar. Sadəcə, bizim dəyərlər sistemimiz Qərb dünyasındakından fərqlidir”.