MƏDƏNİYYƏT


“VAQİF” OPERASI... AUDİO DİSKDƏ

Görkəmli bəstəkar, xalq artisti Ramiz Mustafayevin ən uğurlu səhnə əsəri onun “Vaqif” operasıdır. Təsadüfi deyil ki, xalq şairi Səməd Vurğunun eyniadlı, ölməz “Vaqif” dramı əsasında bəstələnmiş və ötən əsrin 60-cı illərində səhnəyə qoyulmuş bu əsərə görə Ramiz Mustafayev hələ 1962-ci ildə gənc bəstəkarların Ümumittifaq müsabiqəsində laureat adına layiq görülmüşdü.

Bu günlərdə “Səbuhi” səsyazma studiyasında “Vaqif” operasının audio diskinin hazırlanmasına başlanmışdır.

Ramiz Mustafayev AZƏRTAC-ın müxbirinə demişdir ki, 4 pərdə və 7 şəkildən ibarət bu operanın diski əvvəldən yazılmış arxiv lentləri əsasında hazırlanır. Operadakı əsas partiyaları SSRİ xalq artistləri Firəngiz Əhmədova və Lütfiyar İmanov ifa edirlər.

“Vaqif” operasının audio-diski sentyabr ayının sonunda buraxılacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.