MƏDƏNİYYƏT


VAŞİNQTONDA AZƏRBAYCANLI RƏSSAMIN SƏRGİSİ KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Vaşinqtonda, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində azərbaycanlı rəssam Soltan Qaranın əsərlərindən ibarət sərgi keçirilmişdir. «Daxili dünyadan baxış» adlanan sərgidə rəssamın 12 əsəri nümayiş etdirilir.

Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunu olan Soltan Qara hazırda ABŞ-ın Şimali Karolina ştatında yaşayır. Son beş ildə onun işləri Texas, Cənubi Karolina, Nyu-York statlarında və Vaşinqtonda keçirilən sərgilərdə nümayiş etdirilmişdir. Əsas mövzu kimi insan və insanlar arasında münasibətləri seçən rəssam əsərlərinin çoxunu yağlı boyalarla işləyir.

Soltan Qara AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Amerikada bir müddət yaşasam da, əsərlərimdə onun təsirini görməzsiniz. Əsərlərimin mövzusu doğulduğum torpaqdan, mədəniyyətimizdən məlumat var ki, irəli gəlir”.

Sərgiyə gələnlər arasında Vaşinqtonda fəaliyyət göstərən beynəlxalq maliyyə təsisatlarının, diplomatik korpusun, hökumət strukturlarının nümayəndələri var idi. Onlar bildirmişlər ki, azərbaycanlı rəssamın işləri ilə tanışlıq dərin təəssürat buraxmışdır: rəsmlərdə istifadə edilən parlaq qırmızı, göy və digər rənglər tamaşaçının diqqətini cəlb edir və Azərbaycan incəsənətinə böyük maraq oyadır. Belə tədbirlər mədəniyyətlər arasında körpu salır, insanların yaxınlaşmasına səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.