Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

VATİKAN DÖVLƏTİNİN BAŞÇISI, ROMA PAPASI II İOANN PAVELİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ROMA KATOLİK KİLSƏSİNİN BAŞÇISI İBADƏT MƏRASİMİ KEÇİRMİŞDİR

Azərbaycanda rəsmi səfərdə olan Vatikan dövlətinin başçısı, Roma papası II İoann Pavel mayın 23-də İdman sarayında messa - ibadət mərasimi keçirmişdir. Hələ Giz pasxa gecəsində İsa Məsihin özünün əsasını qoyduğu bu təntənəli mərasimə paytaxtın minlərlə sakini, habelə başqa ölkələrdən gəlmiş qonaqlar toplaşmışdılar. 

Azərbaycan Dövlət Xor Kapellasının ifasında dini mahnı səsləndi. Mərasim iştirakçıları Roma Katolik Kilsəsi başçısının salona gəlişini ayaq üstə, alqışlarla qarşıladılar.

Dini mahnı ifa edildikdən sonra Poma papası və dindarlar xaç çevirdilər və Tanrının şəninə dua oxudular.

Azərbaycandakı katolik kilsəsinin başçısı İosif Daniil Pravda ata Roma papasını katolıklər və digər xristian icmaları, Azərbaycan dindarları adından salamladı. Daniil ata dedi ki, Bibliyada yazılmışdır ki, İsa Məsih möcüzələr göstərmişdir və Roma papasının buraya gəlişini İlahinin məhəbbətin əlaməti adlandırmaq olar. Pontifikin başlıca vəzifəsi xalqlar, mədəniyyətlər və dinlər arasında körpü salmaqdır. Daniil ata vurğuladı ki, indi dindarlar buraya təkcə bu körpüləri deyil, həm də Göylə Yer arasında körpü yaratmaq üçün toplaşmışlar. Roma papasının Azərbaycan dindarları ilə birlikdə keçirəcəyi ibadət xüsusi əhəmiyyət kəsb edir. O, Tanrıya Vatikanın başçısı ilə birlikdə dua etmək imkanına görə ona təşəkkür edərək dedi ki, salona toplaşanlar və bütün dindarlar papanı cox sevirlər.

Sonra tövbə mərasimi başlandı. Papa dindarları tövbə etməyə çağırdı. Mərasim “Ya Rəbb, əff et!” nidası ilə başa çatdı. Kilsə himninin ifasından sonra Roma papası və dindarlar ürəklərində dua etdilər. II İoann Pavel giriş duası oxudu.

Liturgiyada Zəbur surəsinin sözləri və İoann İncilindən bir parça Azərbaycan dilində oxundu. İncil oxunduqdan sonra II İoann Pavel moizə etdi.

ROMA PAPASI II İOANN PAVELİN MOİZƏSİ

“Sizlərə, iman gətirənlərə həmd olsun!”.

Bakının katolik icmasındakı istəkli qardaş və bacılarımız, qonşu dövlətlərin katolik icmalarının təmsilçiləri, “sizlərə, iman gətirənlərə həmd olsun”. Bu təntənəli ibadət anlarında bizə qoşulan pravoslav kilsəsinin xristianlarını da salamlayıram. Apostol Pyotrun ilk xristianlara salamı ilə onlara da müraciət edərək deyirəm: “Sizlərə, iman gətirənlərə həmd olsun!”.

Ümumdünya Kilsəsi xaçaçuranın sehrindən irəli gələn öhdəliklərə sadiqliyi saxlamaq üçün özlərində cəsarət tapanların hamısına ehtiramını bildirir. Mən ələlxüsus bu ölkədə daimi yaşayanların və marksist təqiblərin faciələrinə məruz qalanların, İsa Məsihə sədaqətin ağır nəticələrini öz üzərində sınayanların hamısına müraciət edirəm. Əziz bacı və qardaşlar, sizin dininizin adi xürafat, tarix qarşısında öhdəliklərdən yayınmaq cəhdi kimi ələ salınmasının şahidi olmusunuz. Ona görə də sizi ikinci növ vətəndaşlar sayırdılar, hər vasitə ilə təhqir edir, alçaldır və sizdən üz döndərirdilər.

“Sizlərə, iman gətirənlərə həmd olsun!”. Sizə inam aşılamış və onun cücərtilərini dua-səna ilə möhkəmlətmiş, bunların boy atıb bəhrə verməsinə imkan yaratmış baba və nənələrinizə, ata və analarınıza həmd olsun. Müqəddəs pravoslav kilsəsi, - bir daha təkrar etmək istəyirəm, - sənə də həmd olsun, ona görə ki, sən öz qapılarını evsiz-eşiksiz və keşişsiz qalmış dindar katoliklərin üzünə taybatay açdın. Qoy, səxavətinə görə Tanrı sənə əvəzini versin!

Mən burada Azərbaycan Respublikası hökumətinin çox hörmətli nümayəndələrini təbrik edirəm. Çox şadam ki, bu gün Siz də bizimləsiz.

“Missio sui iuris”in Baş keşişinə və onunla birlikdə katoliklərin qayğısına qalan Salezian icmasına xüsusi salam göndərirəm. Əziz Qardaş və Bacılar, Siz Allaha inamın möcüzələr yaratdığının canlı şahidlərisiniz. Siz geniş məkanlara səpələnmiş müxtəlif etnik qruplara mənsub olan adamların az bir hissəsiniz ki, Xeyirxah Pastırın sayəsində öz birliyinizi qoruyub saxlamısınız.

Tanrı İncilin bir yerində deyir: “Mən xeyirxah pastıram; Mən özümünküləri tanıyıram və Mənimkilər də Məni tanıyırlar”. Doğrudan da, Həzrəti-İsa, Sən özününküləri, hətta onlar təqib edildikləri və gizlənməli olduqları vaxtlarda da tanıyırdın. Sən onları tanıyırdın və daxili ağır fiziki və mənəvi guşənişinlikdən üzülüb heydən düşdükləri vaxtlarda onlarla birlikdə oldun, onları dəstəklədin ki, hərə bir tərəfə dağılmaq arzusuna qarşı mübarizə aparsınlar.

Öz tərəfindən, Sənin təbəələrin Səni tanımağı və Səninlə tanış olmağı, Səninlə olmaqdan təskinlik duymağı, yolun iztirablı olmasına baxmayaraq, Sənin ardınca getməyi dayandırmırdılar. Necə də heyrətamiz müqabillikdir! Sən həyatını onların yolunda qurban verdin və onlar da öz həyatlarını Sənin uğrunda qurban verdilər, dua etdilər ki, onların inamı sönməsin. Sən yeni həyat üçün necə dirildinsə, sağ qalaraq yenidən azadlığa çıxan icma da Sənin evində öz dininə etiqad etmək üçün bir yerə toplaşmaq sevincinə qovuşdu. Sənin evində bu gün yenə də həmd və şükür duaları buxur ətri kimi Səmaya yayılmaqdadır.

Əziz Qardaş və Bacılar, katolik kilsəsinin istəkli övladları, Roma papası bu gün sizinlədir. Sizin möhnətləriniz ona da tanışdır və səhrada təqib illərində sizin hamınızı öz qəlbində hifz etmişdir. Yenidən qazanılmış sevinclə əlaqədar sizinlə birlikdə sevinmək və müqəddəs əhd torpağına aparan yolda sizi dəstəkləmək üçün bu gün O, buradadır. O müqəddəs torpaqda Tanrı hər cür göz yaşlarını silib deyəcəkdir: “Daha ölüm də olmayacaq; daha nə ağlaşma, nə fəryad, nə də xəstəliklər olacaq, çünki keçmiş arxada qaldı”.

Siz bu inamla dəstəklənərək hiss edirsiniz ki, fərəh-sevinc vaxtı, ümid vaxtı gəlib çatmışdır. Gələcək məbədin bünövrəsinin ilk daşı bunun əlaməti və ifadəsidir. İbadət qurtarandan sonra mən ona müqəddəs xaç suyu çiləyəcəyəm.

Buna görə Azərbaycan Respublikasının cənab Prezidentinə, onun böyük hədiyyəsinə - yeni müqəddəs ocağın tikiləcəyi torpaq sahəsinə görə təşəkkür edirəm. Bütün katolik kilsəsinin salam və ehtiramını sizə yetirirəm.

Ey insan, bu gün hamının nəzərləri sənə tikilmişdir. Qorxma! Ürəyini aç və ümidini Tanrıya bağla. Sən artıq dirilməni yaşayırsan, qismən ona görə ki, İsa Məsih ilə qəti görüşün sevincini indidən duyursan.

Azərbaycandakı kilsə, bugünkü İlahi Liturgiyanın əvvəlində nə barədə dua etmişdiksə, indi onu sənə tapşırmaq istəyirəm. Özünü “dünyanın bütün ölkələrindən toplaşaraq, vahid ruhla ünsiyyətdə olan xalq” kimi hiss et.

Əziz Qardaş və Baçılar, sizin icma müxtəlif mənşəli adamlardan ibarət olan bu dünyanın rəmzi ifadəsidir, bu adamlardan bəzilərinin həyatı keçmişdə sabit olmuş və gələcəyə ümidlə baxır, bəziləri isə başqa torpaqlara gedən yoldadırlar. Biz hamımız vahid Ruhla canlandırılmış bir xalqıq. Harada ki İlahi Liturgiya keçirilir, orada “vahid, müqqəddəs, katolik və apostol” Kilsəsi var.

Mənə elə gəlir, indiki məqamda Bernini sütunları, Müqəddəs Pyotr Məbədi bazilikasında dünyanı ağuşuna almaq üçün açılmış qanadlar sanki bizə də gəlib çatır ki, Azərbaycanın kiçik katolik icması, səni də Həzrəti-İsanın və Onun Kilsəsinin bağrına bassın. Bu qucmada bütün Kilsənin ürəyi həyəcanla və sənə məhəbbətlə döyünür. Roma Papasının ürəyi də onunla birlikdə döyünür. O, buraya səni sevdiyini və səni heç zaman unutmadığını deməyə gəlmişdir.

 

Öz missiyana sadiq ol! Sən ağlaya-ağlaya səpməyə toxum apararkən məruz qaldığın sınaqda sədaqətli idin. Dərz bağlamağa hazırlaşarkən keçirdiyin sevincdə də sədaqətli ol. Sənin missiyan inamı qoruyub saxlamaqdan və bu inamı gələcəyi görməli olan həyatınla sübuta yetirməkdən ibarətdir, çünki sən dünyaya iman gətirmisən. Bu Ölkədəki qardaş və bacıların sənə nəzər salaraq, sənin nəyə inandığını, nəyə ümid bağladığını, nəyi sevdiyini görə biləcəklər. Beləliklə, sən İsanın zühurunu təsəvvür edəcəksən.

Səninlə yanbayan və səninlə birlikdə yaşayan bəşərin sevincinə və ümidlərinə şərik ol: sən onun bir parçasısan və ona görə də sabahkı günün bütün insanlar üçün daha yaxşı olması naminə onlarla birlikdə ümid bəsləməli və çalışmalısan. Ehtiyatlı tərpən, yenilikdən qorxub çəkinmə. Yenilik burada, bu torpaqda da gərəkdir! Amma yalnız inamsızlıq və sabitsizlik gətirən yenilik yox! Məhz elə bir yenilik ki, o, daha ədalətli və həmrəy dünya naminə yaşamaq və mübarizə aparmaq istəyini hamıya, ilk növbədə gənclərə qaytara bilsin.

Sən onlara, bu gənclərə bax! Onlar mənasız bekaraçılığın, asan və haram yolla varlanmaq xülyasına uymağa meyllidirlər. Lakin onlar həm də ideala can atmağa, haqq-ədalətin təntənəsi naminə qəhrəmancasına riskə getməyə və özlərini fəda etməyə, azadlığın və əmin-amanlığın bərqərar olmasına kömək göstərməyə qadirdirlər. Onlara cürətli olmaqdan çəkinməməyi öyrətmək lazımdır. İnamın, İsa Məsihlə dostluğun nurlu perspektivini onlara açmaq lazımdır. Səadət naminə elə bir cürət yoxdur ki, o, əbədi Gənc olan İsa Məsihdə rəğbət doğurmasın!

Kilsə, Sənə dua edən, ümid bağlayan və Səni sevən bu Azərbaycan torpağında Papa Tanrıdan xeyir-dua istəyir. Bu xeyir-duanı sənin yoxsul, xəstə, əzabkeş bəndələrinə yetir. Onu bərəkət və məhəbbət nəsimi kimi hamıya yetir. Heç zaman unutma ki, sən maya və ruh olmalısan, çünki Tanrı səninlədir və səni tutduğun yolla irəlilədir.

İsa Məsihə həmd olsun!

 

Moizə qurtardıqdan sonra dindarlar ibadət etdilər. Ümumi dua müxtəlif dinlərdə, o cümlədən Azərbaycan dilində oxundu.

Sonra xristianların İsa Məsihə və öz din qardaşlarına ibadət etməyə hazır olduqlarını göstərən yevxaristiya liturgiyası başlandı. İsa Məsihin cismini və qanını təcəssüm etdirən çorək və şərab gətirildi.

Roma papasının və keşişlərin duasından sonra dindar katoliklər, habelə diplomatik korpusun üzvləri Roma papasına yaxınlaşdılar, xeyir-dua almaq üçün onun qarşısında diz çokdülər.

Sonra Roma papası Bakıda gələcək katolik məbədinin bünövrəsinə qoyulacaq daşa müqəddəs xaç suyu çilədi.

Messa “Ave Mariya”nın təntənəli sədaları altında başa çatdı.

Baş nazir Artur Rasizadə, Prezidentin İcra Apartının rəhbəri Ramiz Mehdiyev, xarici işlər naziri Vilayət Quliyev, Prezidentin İcra Aparatının şöbə müdirləri, Vatikan nümayəndə heyətinin üzvləri, xarici ölkələrin Bakıdakı səfirləri, din, elm və mədəniyyət xadimləri, paytaxt ictimaiyyətinin nümayəndələri messada olmuşlar.

X X X

Messa başa çatdıqdan sonra Roma papası II Ioann Pavel Azərbaycan qaçqın-köçkünləri ilə görüşdü. Qarabağ müharibəsində iki oğlunu itirmiş şuşalı Dayandur İsmayılov Vatikanın başçısından onların doğma ocaqlarına qayıtmasına kömək göstərməyi xahiş etdi.

Baş nazirin müavini, Dövlətqaçınkomun sədri Əli Həsənov zəngilanlı qaçqın, milliyətcə polyak olan katolik İvanna Malitskayanı Roma papasına təqdim etdi. İ.Malitskaya dedi ki, o, 30 il Zəngilanda yaşamış və Zəngilanın erməni silahlı birləşmələri tərəfindən işğalı nəticəsində məcburi köçkünə çevrilmişdir. O, Vatikanın başçısından münaqişənin dincliklə həlli prosesində Azərbaycan Prezidentinə kömək göstərməyi xahiş etdi.

Sonra müharibədə valideyinlərini itirmiş Xocalı sakini Qəndab Muradova, cəbrayıllı Şəmşir Haçıyev, qaçqın Vəsilə Məhərrəmova Roma papasına təqdim olundular.

Əli Həsənov Papaya məlamat verdi ki, 1988-ci ilədək Ermənistan ərazisində təxminən 250 min azərbaycanlı yaşayırdı. 1988-ci ildə onların hamısı bir nəfərədək oradan zorakılıqla qovulmuşdur. Əli Həsənov görüşmək imkanına görə bir milyon Azərbaycan qaçqını və məcburi köçkünü adından Roma papasına təşəkkürünü bildirdi.

Roma katolik kilsəsinin başçısı Azərbaycan qaçqın-köçkünlərinə humanitar yardım verdi.

X X X

 

PAPA II IOANN PAVEL AZƏRBAYCANIN DİNİ İCMALARININ BAŞÇILARI İLƏ GÖRÜŞMÜŞDÜR

Mayın 23-də Roma Katolik Kilsəsinin başçısı II İoann Pavel “İsa Məsih” Roma Katolik prixodunda Azərbaycanın dini icmalarının başçıları ilə görüşmüşdür.

Qafqaz Müsəlmanları İdarəsinin Sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandr ata və dağ yəhudiləri dini icmasının başçısı Semyon İxiilov Roma Papasını səmimiyyətlə salamladılar.

Şeyxülislam görüşdə çıxış edərək dedi ki, bundan əvvəl Gürcüstan pravoslav kilsəsinin katolikosu II İlia və Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi də Azərbaycanda səfərdə olmuşlar. Roma Katolik Kilsəsi başçısının bu səfəri sülh işinə və xalqlar arasında qarşılıqlı anlaşma prosesinin yaxşılaşmasına xidmət edəcəkdir.

Sonra Roma Papasına müqəddəs Qurani - Kərim, Müqəddəs Varfolomeyin ikonası və qədimi xalça hədiyyə olundu.

X X X

VATİKAN DÖVLƏTİNİN BAŞÇISI, ROMA PAPASI II İOANN PAVELİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ BAŞA ÇATDI

Mayın 23-də Vatikan dövlətinin başçısı, Roma papası II İoann Pavelin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatmışdır. Bu münasibətlə Binə beynəlxalq hava limanında təntənəli yolasalma mərasimi olmuşdur.

Vatikan dövlətinin başçısı II İoann Pavel və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hava limanına gəldilər.

Azərbaycanın və Vatikanın dövlət bayraqları ilə bəzədilmiş Binə hava limanının binasında Roma papasının iri portreti asılmışdı.

Ali qonağın şərəfinə hava limanının uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Vatikan dövlətinin başçısı II İoann Pavelə və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə raport verdi.

Prezident Heydər Əliyev və Roma papası II İoann Pavel uçuş meydanında qurulmuş xüsusi tribunada əyləşdilər.

Hərbi orkestrin ifasında Vatikanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Yolasalma mərasimində iştirak edən Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, nazirlər, dini konfensiyaların başçıları, Azərbaycanda akkreditə olunmuş bir sıra xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Vatikan dövlətinin başçısı, Roma papası II İoann Pavellə, ali qonağı səfərdə müşayiət edən şəxslər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə mehribancasına sağollaşdılar.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Roma Papasına onun ölkəmizə rəsmi səfərini əks etdirən foto-albom təqdim etdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Milli geyimli uşaqlar II İoan Pavelə gül-çiçək dəstəsi təqdim etdilər.

Dövlətimizin başçısı HEYDƏR ƏLİYEV Vatikan dövlətinin başçısına müraciətlə dedi:

-Sizə çox təşəkşkür edirəm. Azərbaycana səfər etdiyiniz üçün Sizə minnətdarlıq edirəm, səfəriniz çox yaxşı keçdi. Mən çox məmnunam. Sizin səfəriniz Azərbaycanda çox yaxşı qarşılanmışdır. Siz gördünüz, bu gün Sizinlə görüşməyə nə qədər adam gəlmişdi. Sizin səfərinizə çox böyük maraq var. Bir daha Sizə təşəkkür edirəm, işlərinizdə uğurlar, cansağlığı və yaxşı yol arzulayıram.

Vatikan dövlətinin başçısı II İOANN PAVEL Bakıya səfərinin yüksək səviyyədə təşkil olunmasından məmnun qaldığını söylədi, ona göstərilən qonaqpərvərliyə görə respublikamızın rəhbəri Heydər Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Vatikan dövlətinin başçısı, Roma papası II İoann Pavel ilə təyyarənin pilləkəni yanında səmimiyyətlə sağollaşdı.

Roma papası Azərbaycan Dövlət Hava Yolları Şirkətinə məxsus xüsusi təyyarə ilə Bolqarıstana yola düşdü.

X X X

Yolasalma mərasimi başa çatdıqdan sonra Vatikan dövlətinin Azərbaycandakı apostol nunsisi KLAUDİO QUCEROTTİ dövlətimizin başçısı Heydər Əliyevə müraciətlə dedi:

-Cənab Prezident, Sizin tərəfinizdən edilən bu xeyirxahlıq Müqəddəs Ataya böyük təsir bağışladı. Siz onun da şahidi oldunuz ki, müəyyən çətinliklərə baxmayaraq, Müqəddəs Atanın özü istəyirdi ki, bu səfər baş tutsun. Biz böyük sevinc hissi ilə demək istəyirik ki, O, buraya gələndə hətta Sizin gözlərinizdən sevinc hissi duyulduğunun şahidi olduq.

Cənab Prezident, Bakıda katolik kilsəsinin tikilməsi üçün yer ayırdığınızı eşidəndə çox şad olduq. Hesab edirik ki, bu kilsə belə bir gözəl ölkədə belə gözəl xalq üçün öz töhfəsini verəcəkdir.

Prezident HEYDƏR ƏLİYEV xoş sözlərə görə minnətdarlığını bildirərək dedi:

-Sağ olun, təşəkkür edirəm. Mən də çox şadam ki, nəhayət, Roma papası, Zati-Müqəddəsləri II İoann Pavelin Azərbaycana səfəri baş tutdu. O, Azərbaycanda çox böyük sevinc hissi ilə qarşılanıbdır. Siz gördünüz ki, onu nə qədər məhəbbətlə, nə qədər hərarətlə qarşılayırdılar.

Dünən Azərbaycanın elm, mədəniyyət, incəsənət xadimləri ilə görüşümüz də çox yüksək səviyyədə keçdi və insanlar bunu çox müsbət qiymətləndirirlər. Bu gün İdman sarayında keçirdiyiniz tədbir də camaatda çox böyük maraq doğurmuşdur.

Poma papasının Azərbaycana bu səfəri tarixi hadisədir. Bu, bizim xalqımızın tarixinə yazılıbdır. Mən bütün bunlara görə çox təşəkkür edirəm.

KLAUDİO QUCEROTTİ: Cənab Prezident, çox sağ olun. Bircə onu demək istəyirəm ki, dünənki görüşümüzdə gördük ki, Azərbaycanın həqiqətən çox yaxşı uşaqları vardır. Onların oxuduğu mahnıları eşitdik. Bunlar həmişəlik bizim qəlbimizdə qaldı. Cənab Prezident, mən sevinirəm ki, Siz öz xalqınızla fəxr edirsiniz.

X X X

Bakıdakı katolik kilsəsinin rəhbəri İOSİF DANİL PRAVDA Prezident Heydər Əliyevə müraciətlə dedi:

-Cənab Prezident, Müqəddəs Atanı Azərbaycana dəvət etdiyinizə, səfərin yüksək səviyyədə təşkil olunmasına və bu ziyarətin uğurla başa çatmasına görə Sizə və Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun

(AZƏRTAC) və Rafiq Bağırovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar