İDMAN


VELOYÜRÜŞÜN İŞTİRAKÇILARI ŞAMAXIDA

Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin Gənclər, İdman və Turizm Nazirliyinin yaradılmasının onuncu ildönümü və Afinada keçiriləcək XXVIII yay Olimpiya Oyunları münasibətilə təşkil etdiyi velosiped yürüşünün sonuncu - Bakı–Şamaxı və Şamaxı-Bakı mərhələləri başa çatmışdır.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, iştirakçıları Şamaxı rayon ictimaiyyətinin nümayəndələri mehribanlıqla qarşılamışlar. Şamaxı şəhərindəki Heydər Əliyev adına parkda idmançıların mükafatlandırma mərasimi keçirilmişdir. Birinci, ikinci və üçüncü yerləri tutanlara Bakı Şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin müvafiq fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.