MƏDƏNİYYƏT
“VERGİLƏR UŞAQARIN GÖZÜ İLƏ”
Artıq ikinçi dəfə keçirilən və Uşaqları beynəlxalq müdafiə gününə həsr olunan müsabiqə-sərgidə 150 uşağın 200-ə yaxın işi nümayiş etdirilir. Sərginin təşəbbüskarları Vergilər Nazirliyi və Tofiq İsmayılov adına Uşaq və gənclər yaradıcılığı sarayıdır.
Vergilər Nazirliyinin idarə rəisi Elçin Məmmədov mərasimdə çıxış edərək, iştirakçıları bayram münasibətilə təbrik etdi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqların Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına böyük əhəmiyyət verdiyini vurğuladı. Uşaqlar isə öz hisslərini, vətənpərvərliyi necə başa düşdüklərini yaradıcılıq vasitəsilə ifadə edirlər. “Vergilər uşaqların gözü ilə” sərgisində nümayiş olunan şəkillərdə də uşaqlar vergilərə, onların vaxtlı-vaxtında ödənilməsinə münasibətlərini özlərinə məxsus səmimiyyətlə və çox təbii bir tərzdə nümayiş etdirirlər. Çünki bu vergilər hesabına bizim güclü ordumuz və yaxşı təbabətimiz, müasir məktəblərimiz, əyləncə mərkəzlərimiz və zooparklarımz olacaqdır. Uşaqların rəsmlərində məhz bu mövzular başlıca yer tuturdu.
Münsiflər heyəti qalibləri üç yaş qrupu üzrə müəyyənləşdirmişdir: 1-ci dərəcəli diplom və mükafata Novruz Əhmədov, Ələsgər Məmmədov və Vüsal Məmmədov layiq görülmüşlər. 6 yaşlı Ayla Mirzəzadənin işi xüsusi qeyd olunmuşdur: o, ikinci dərəcəli diplom almışdır.
Asfalt üzərində rəsmlər müsabiqəsinin qalibləri də müəyyən edilmişdir.