ELM VƏ TƏHSİL


VIII Bakı Beynəlxalq Kitab Sərgisində ali məktəblər arasında ən böyük stend BDU-ya məxsusdur

Bakı, 5 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Oktyabrın 5-də açılışı olan sərgidə ali məktəblər arasında ən böyük stend BDU-ya məxsusdur. BDU-nun stendində əsasən universitetin nəşri olan dərslik və dərs vəsaitləri, elmi xəbərlər, konfrans materialları, eləcə də professor-müəllim heyətinin son illərdə Azərbaycan, rus, ingilis və türk dillərində nəşr etdirdiyi kitablar nümayiş olunur.

Stenddə BDU haqqında videoçarxın nümayişi yerli və xarici ziyarətçilər tərəfindən maraqla qarşılanıb. BDU-nun stendi kiçikyaşlı kitabsevərlərin də marağına səbəb olub. Qonaqlara stenddə nümayiş olunan nəşrlər barədə məlumat verilib, BDU-nun loqosu olan çap məhsulları, bloknot, buklet və qeyd vərəqləri hədiyyə olunub.

VIII Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.