Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

VIII Qlobal Bakı Forumu post-COVID dövrü ilə bağlı dünya miqyasında keçirilən ilk qlobal tədbirdir

VIII Qlobal Bakı Forumu post-COVID dövrü ilə bağlı dünya miqyasında keçirilən ilk qlobal tədbirdir

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan uzun illərdir nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Prezident İlham Əliyevin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumu artıq 8-ci dəfədir ki, ölkəmizdə keçirilir. Kifayət qədər nüfuza malik olan Qlobal Bakı Forumuna maraq ilbəil artır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə inkişaf yolu keçərək, regionda və dünyadakı dəyişikliklərə çevik reaksiya verib. Mərkəz mühüm məsələlərin müzakirə olunduğu intellektual dairələri birləşdirən beynəlxalq platformaya çevrilib. Əvvəlki forumlarda olduğu kimi, budəfəki forumda da dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlər - “Dünya COVID-19-dan sonra” müzakirə olunur.

Foruma məhz Bakının ev sahibliyi etməsini şərtləndirən amillərə toxunan K.Nurullayeva deyib: Burada, ilk növbədə, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətlərini qeyd etməliyik. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm yeri və rolu, ölkəmizin ən çətin anlarda, o cümlədən Vətən müharibəsi dövründə dünyaya nümunə olan ləyaqətli davranışı, eləcə də peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınması və qəbul edilməsi də bunu şərtləndirən amillərdəndir. Xatırlatmaq yerinə düşər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2021-ci il mayın 20-də “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda ilk dəfə beynəlxalq diskussiya keçirməsi ilə bölgədə dialoq və inkişaf üçün ciddi səylər göstərdi, əhəmiyyətli platforma rolu oynadığını təsdiqlədi”.

VIII Qlobal Bakı Forumunun da maraqlı və aktual məsələlərin müzakirəsi ilə davam etdiyini vurğulayan deputat bildirib: “Tədbir iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Böyük Britaniyanın Baş naziri Boris Consonun müraciəti, foruma 300-dən çox yüksək səviyyəli nümayəndənin, intellektual dairənin qatılması bunu bir daha təsdiqlədi. Dünya pandemiyadan sonra dövlətlərin ata biləcəyi addımlar barədə, COVID-19-un vurduğu zərərlərin aradan qaldırılması istiqamətində düşünür. Belə vacib məsələlərin müzakirəsi üçün Bakının seçilməsi isə təbii ki, təsadüfi deyil. Çünki VIII Qlobal Bakı Forumunda da qeyd olunduğu kimi, Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə dünyaya pozitiv nümunə təqdim edir. Bu gün Azərbaycan vaksinasiya kampaniyasına başlayan ilk ölkələr sırasındadır, 18 yaşdan yuxarı ölkə əhalisinin 60 faizi artıq iki doza vaksinasiya olunub, bu da dünyada ən yaxşı göstəricilərdən biridir. Forumda da qeyd olunduğu kimi, Azərbaycan beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə töhfə verir, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardım ayırıb, 30-dan artıq ölkəyə yardım göstərib”.

K.Nurullayeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin forumun açılışında çıxışı zamanı diqqət yönəltdiyi əsas məqamlardan biri də təbii ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Azərbaycanın BMT qətnamələrini özünün icra etməsi oldu. 2020-ci ilin payızına qədər bütün beynəlxalq platformalarda Azərbaycan dünyanın diqqətini işğala yönəldir, regionda sülh və təhlükəsizliyin bərpası istiqamətində real addımların atılmasının vacibliyini qeyd edirdi. Böyük Qələbədən sonra isə artıq bütün beynəlxalq platformalarda, o cümlədən Qlobal Bakı Forumunda əsas müzakirə mövzusu Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlardır. Ötən gün işə başlayan Forumda çıxışı zamanı dövlətimizin başçısı bəyan etdi ki, biz öz gücümüzə ərazi bütövlüyümüzü bərpa etməsəydik, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti şəraitində bu münaqişə hələ uzun illər həllini tapmamış qalacaqdı. Bu gün isə yeni reallıqlar fonunda Azərbaycan gələcəyə baxır. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, tezliklə vətəndaşlarımızın öz doğma torpaqlarına qayıtmaları üçün kompleks tədbirlər həyata keçirilir.

Deputat vurğulayıb ki, Qarabağın və Şərqi Zəngəzurun yeni siması dağıdıcı Ermənistan və qurucu Azərbaycan arasında fərqi daha aydın görməyə imkan yaradır. Bu gün Azərbaycan postmünaqişə dövründə konstruktiv təkliflərlə, sülh təşəbbüsləri ilə çıxış edir. İşğal siyasəti səbəbindən inkişafdan kənarda qalan Ermənistanın indi vaxt itirmək şansı da yoxdur. Qarşıdan gələn dövrdə Ermənistan üçün yeganə çıxış yolu yalnız regional inteqrasiyadır. Bu reallıq zəngin gündəliyə malik olan Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclaslarda bir daha müzakirə olunur.

“VIII Qlobal Bakı Forumunun post-COVID dövründə dünya miqyasında keçirilən ilk qlobal tədbirlərdən biri olduğunu əminliklə söyləmək olar”, - deyə K.Nurullayeva fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala bölgəsinin 6 məktəblisi uğur qazanıb

Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO

Aslan Kərimov: Rinat Abdaşov hava limanından otelə qədər başı şampunlu getdi

Aynur Sofiyeva: Ailədaxili münaqişələrin 70 faizini mediasiya vasitəsilə həll etmək mümkündür

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib

ABŞ qoşunlarını Nigerdən çıxarmağa razıdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli 136 nömrəli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb

Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır

Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib VİDEO

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

DİN: Ötən gün 69 cinayətin açılması təmin edilib

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər