SİYASƏT


VIII Qlobal Bakı Forumuna hazırlıqla bağlı fikir mübadiləsi aparılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibliyinin üzvləri Monteneqro Prezidenti Milo Cukanoviç və Albaniyanın Baş naziri Edi Rama ilə görüşüblər.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə VIII Qlobal Bakı Forumu, Balkan yarımadasının qərb hissəsində reallaşdırılan layihələr və Mərkəzin BMT-nin Baş Assambleyası çərçivəsində təşkil edəcəyi XXI ali səviyyəli toplantısı müzakirə edilib.

Bununla yanaşı, Mərkəzin üzvləri Filip Vuyanoviç, Rexhep Meydani, Monteneqronun Baş naziri İqor Lukşiç ilə VIII Qlobal Bakı Forumuna hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.