SİYASƏT


VIII Qlobal Bakı Forumunun Təşkilat Komitəsinin üçüncü toplantısı keçiriləcək

Bakı, 6 sentyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Baş Assambleyası çərçivəsində XXI Ali Səviyyəli hibrid toplantısını, həmçinin VIII Qlobal Bakı Forumunun Təşkilat Komitəsinin üçüncü iclasını təşkil edəcək.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “What Does Peace and Stability Mean in 21st Century?” şüarı ilə keçiriləcək XXI Ali Səviyyəli hibrid toplantıda iştirakçılar - Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinos, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin, Robert F. Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi, BMT Baş Katibinin SDG üzrə xüsusi nümayəndəsi Ceffri Saks, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Belçikanın sabiq Baş naziri İv Leterm, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, bu ölkənin sabiq Baş naziri Zlatko Lagumdzija, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Amerika Xarici Əlaqələr İnstititunun prezidenti Susan Elliott, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, İngiltərənin sabiq Baş naziri Qordon Broun, Bosniya və Herseqovina Prezidenti Şefik Caferoviç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Latviyanın sabiq Prezidenti Valdis Zatlers dünyanı narahat edən sülh və təhlükəsizlik, COP26, postpandemiya dönəmi, Cənubi Qafqaz regionunda inkişaf perspektivləri, Əfqanıstan və Qərbi Balkan ölkələri ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.