İQTİSADİYYAT
VII İstanbul Shopping Festivalı öz işinə başlayıb
İstanbul, 30 iyun, Elvin Camalov, AZƏRTAC
VII İstanbul Shopping Festivalı (İSF) öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, iyulun 1-dən 16-dək davam edəcək sayca səkkizinci festival "Design İSF" adı altında fəaliyyət göstərir.
İSF-nin açılış mərasimi dünyanın ilk ticarət mərkəzi olan 556 yaşlı “Qapalıçarşı”da baş tutub. Dövlət rəsmilərinin iştirak etdiyi mərasim maraqlı səhnələrlə yadda qalıb.
"Design İSF" adlı satış məntəqələri festival müddətində 9 ticarət mərkəzində və “Qapalıçarşı”nın bir sıra hissələrində fəaliyyət göstərəcək.
Qeyd edək ki, açılış mərasiminə 13 ölkədən, o cümlədən Azərbaycan, Fransa, İtaliya, Rusiya, Çin, Sinqapur, Ukraynadan 40-dan çox mətbuat nümayəndəsi qatılıb.
Elvin Camalov
AZƏRTAC-ın müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:00]
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
- 25.04.2024 [19:38]
® “Bakcell” ilə innovasiya dövrü başlayır!
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]