ELM VƏ TƏHSİL


VII “Virtual əlaçı” bilik yarışmasına start verilir

Bakı, 30 may, AZƏRTAC

VII "Virtual əlaçı" bilik yarışmasına start verilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yarışmada iştirak etmək üçün “Virtual məktəb” portalında “Teams -> General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazımdır. Hər sinif üçün təqdim edilən tapşırıqlara ən tez və düzgün cavab verən ilk 10 şagird qalib olacaq və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan ediləcək.

Xatırladaq ki, yarışmanın keçirilməsində məqsəd şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.