ELM VƏ TƏHSİL
VII sinif şagirdləri arasında fənn müsabiqəsinin birinci mərhələsi
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 27-də fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında təşkil olunmuş VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqənin I mərhələsində Bakı şəhəri ümumi təhsil müəssisələrindən Azərbaycan bölməsi üzrə 2842, rus bölməsi üzrə 573 şagird olmaqla, ümumilikdə 3415 nəfər VII sinif şagirdi iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.
Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflər üzrə kontingentin formalaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]